Andrey Sipilin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçisi təyin edilib. Azpost.info bununla bağlı Prezident sərəncam imzalayıb. A.Spellin buna qədər “PAŞA İnşaat”da İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışırdı.
Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.  2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində  İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
Hazırda tam siyahı belədir:
  • Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
  • Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
  • Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
  • Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev
  • Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov
  • Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov
  • Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov
  • Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov
  • Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin