Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçilib.