“Dağlıq Qarabağda Türkiyə-Rusiya Sülh Mərkəzinin yaradılması ilə bağlı görüşlər davam edir”.
Azpost.info bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bu gün verdiyi rəsmi açıqlamada deyilir.
“İmzalanan atəşkəs sazişindəki şərtlərin yerinə yetirilməsi, işğal altında olan bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülhün yenidən bərpası üçün aparılan prosesdə çox yaxından iştirak edəcəyik. Ehtiyac duyulduğu anda heç bir tərəddüd etmədən Azərbaycana hər cür dəstək verəcəyimizi bir daha bəyan edirik”-deyə Nazirliyin rəsmizi Pınar Kara açıqlama bildirib.
“Azərbaycanın davası bizim davamız, sevinci bizim sevincimizdir”.