“Atam komada deyil. Hazırda, reanimasiyadadır, anlaqlı vəziyyətdədir”.
Azpost.info bildirir ki, bu sözləri tanınmış vəkil Əsabalı Mustafayevin qızı Təhminə Əsabalı paylaşımında yazıb.
“Atam dünən axşamtərəfi insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil. Hazırda, anlaqlı vəziyyətdədir. Sadəcə nitqində problem yaranıb. Dəstək olan, narahat olan bütün dostlara təşəkkür edirəm. İnşallah bu da keçəcək”-deyə o bildirib.