Atambayevin həbs müddəti uzadıldı
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs müddəti uzadılıb.
Trend-in məlumatına görə, məhkəmə sabiq prezidentin daha iki ay, martın 15-dək barmaqlıqlar arxasında qalması barədə qərar verib.
Məhkəmənin növbəti iclası yanvarın 16-da keçiriləcək.
Qeyd edək ki, A.Atambayev ötən ilin avqustunda keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. Əməliyyat zamanı xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında atışma baş vermişdi. İki gün davam edən əməliyyat sonunda A.Atambayev təslim olmuşdu.
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...