Avropa İttifaqının Rusiyadan neft və qaz idxalı kəskin azalıb –RƏQƏMLƏR

Son iki ildə Avropa İttifaqının Rusiya neft və qaz idxalından asılılığı əhəmiyyətli dərəcədə azalıb.

Azpost.info bildirir ki, bu barədə Avropa Statistika Komitəsi (Eurostat) açıqlama verib.

2023-cü ilin iyun ayının sonuna Rusiyadan neft idxalının həcmi 2021-ci ildə ilin eyni dövrü ilə müqayisədə 29,2%-dən 2,3%-ə, qazın 38,5%-dən 12,9%-ə, kömürün 45%-dən 0%-ə qədər azalıb.

2022-ci ilin ikinci rübündə Aİ ən çox qazı ABŞ (24%), Əlcəzair (18%), Böyük Britaniya (15%) və Norveçdən (10%) idxal edib.

Neft tədarükü sektorunda Rusiyanın payının azalması Səudiyyə Ərəbistanı və Norveç (11%), həmçinin ABŞ (13%) və Qazaxıstan (8%) ilə kompensasiya edilib.

İyulda Rusiya qazından imtinaya görə Avropanın əlavə xərclər çəkdiyi məlum olub.

Azpost.info

Əvvəlki məqalə

Ümid Partiyası dövlət qeydiyyatına alınıb

Sonrakı məqalə

Deputat işdən çıxarılan 743 müəllimin ailə vəziyyətini yoxlamağa çağırdı –