Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib - Hikmət Hacıyev
"Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində deyib.
Prezidentin köməkçisi bildirib ki, Xankəndidə erməni ordusunun üç əsas nöqtəsi var idi: "Azərbaycan şəhərlərinə oradan raket atırdılar. Azərbaycan Ordusu həmin hərbi hədəfləri məhv etdi. Ola bilər ki, orada mülkilər arasında itkilər olsun. Lakin bu, məqsədli şəkildə edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan erməniləri məqsədli şəkildə bilərəkdən hədəfə almır".
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...