Azərbaycan və Türkiyə vətəndaşlarının Çindən təxliyəsi başlanır
Türkiyə vətəndaşlarını Çinin Uhan vilayətindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Kayseri əyalətinin hərbi hava limanına enib.
Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan vətəndaşları da Çindən təxliyə olunacaqlar. Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.
“Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, 2019-nCoV koronavirusu ötən ilin dekabrından yayılmağa başlayıb. Yoluxma halları artıq Cənubi Koreya, Yaponiya, Tailand, ABŞ, BƏƏ, Sinqapur, Honkonq, Avstraliya və digər ölkələrdə də qeydə alınıb.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...