Azərbaycanda ötən il məhkum olunan şəxslərin sayı açıqlanıb.  APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu il ərzində məhkəmə qərarları ilə 12 945 nəfər məhkum edilib. Onlardan 6002 nəfəri barəsində azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
Məhkumlardan 12 374 nəfəri kişi, 571 nəfəri qadındır. 14-17 yaş arasından olan məhkumların sayı isə 288 olub.