Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.  APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Əmirov Cəmil Fikrət oğlu Göyçayev Teymur Ənvər oğlu Xanı-zadə Bəxtiyar Oqtay oğlu Kərimov Fəxrəddin Nuri oğlu Quliyev Qabil Əzizulla oğlu Şərifov Vaqif Abdulla oğlu Tağızadə İranə Tofiq qızı. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.