Azərbaycanda son sutkada 1849 nəfər COVID-19-a yoluxub –

1048 nəfər sağalıb, 19 nəfər vəfat edib
14 Noyabr 2020 - 14:44

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.