Azərbaycan Yazıçılar Birliyinin qurultayı başlanıb-FOTO

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir.

Əvvəlcə qurultay iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Sonra qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında öz işinə başlayıb.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edir.

Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

Əvvəlki məqalə

İsrail prezidenti ABŞ dövlət katibi ilə görüşüb

Sonrakı məqalə

Polkovnik Elnur Məmmədov apellyasiya şikayəti verib