Azərbaycanlı caz ifaçısı dünyada ilkə imza atdı –Ennio Morrikonenin musiqisini bas gitarada ifa edib  (VİDEO)

Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov dahi bəstəkar Ennio Morrikonenin “Bir dəfə Amerikada” (Once upon a time in America) filmi üçün yazdığı musiqini ilk dəfə tam fərqli qaydada hazırlayıb.

Bu barədə Azpost.info-ya məlumat verən R.Hüseynov bildirib ki, ilk dəfə olaraq bu musiqini bass gitarada ifa edib.

“Qeyd edim ki, bu musiqi adətən simfonik orkestr ilə ifa olunur. Mən ilk dəfə olaraq bu musiqini bass gitarada ifa etmişəm. Bu zaman heç bir başqa musiqi alətlərindən istifadə olunmayıb. Çalışdım ki, belə bir ağır və məsuliyyətli işi ortaya qoyum. Eyni zamanda bu musiqini videoklip şəkilndə təqdim etimişik. Həmin klipdə balerınanın gözəl rəqsi əks olunub və fimdən kadrlar istifadə edilib”.

Qeyd edək ki, R.Hüseynov Azərbaycanın tanınan bass gitara ifaçısıdır. Əməkdar artist müxtəlif mədəniyyət layihələrində – Azərbaycanda keçirilən caz festivallarının, müxtəlif dövlət tədbirlərinin , xaricdə keçirilən çox saylı musiqi festivallarının iştirakçısı olub.

Azpost.info

Əvvəlki məqalə

Tam orta təhsil səviyyəsi üzrə fənn kurikulumları təsdiqlənib – ƏMR

Sonrakı məqalə

Prezidentin Zəngilan üzrə xüsusi nümayəndəsi mərhum jurnalist Osman Mirzəyevin nəvəsidir –