Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib

Abdolbari
Abdolbari

Tanınmış iş adamı, Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib.

AzPost xəbər verir ki, Azersun Holdinqdən APA-ya bildirilib ki, tanınmış iş adamı bu gün Dubayda xəstəlikdən vəfat edib.

Azersun Holdinq Abdolbari Gozalın vəfatı ilə bağlı məlumat paylaşıb.

APA xəbər verir ki, məlumatda deyilir:

“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, “Azərsun Holdinq”in qurucusu Abdolbari Gozal vəfat edib. Allah rəhmət etsin!”

Qeyd edək ki, Abdolbari Gozal 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda fəaliyyətə başlayıb. O, Azərbaycanın qida sənayesində əhəmiyyətli payı olan Azərsun Holdinqə rəhbərlik edib.

Abdolbari Gozal Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif olunub.

Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib, milliyətcə kürddür. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçüb. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlayıb.

Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırıb.

1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada “Etsun A. Ş.” şirkətini qurub.

1992-ci ilə qədər BƏƏ, Türkiyə, İranİraqSuriyaİordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda “İntersun Holding” adlı şirkətlər qrupunu yaradıb.

1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda rəsmi şirkətinin şöbəsini qurub. Qida sahəsindən başqa Abdulbari Gozal 1980-ci ildə İran və Türkiyədə neft ticarətinə başlayıb. 2002-ci ildən etibarən isə bu fəaliyyət Bakıda neft terminalı və Dübəndi neft terminalı vasitəsilə Xəzər neftinin Gürcüstana daşınmasından ibarətdir.

 

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.