Bakı – Xırdalan-Sumqayıt qatarında problem yaranıb. Bu barədə AzPost-a sərnişinlər məlumat verib. Bildirilir ki, 17:50-də Bakıdan çıxan qatar 6-7 dəqiqə sonra dayanıb. Hadisə və hazərda 45 dəqiqədən çoxdur yolda qalıb. Qatarın nasaz olduğu bildirilib.
ADY-nin mətbuat xidmətindən bildirilib ki, intervallardakı gecikmələr qatarların birində yaranan texniki nasazlıqla bağlıdır:
“Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarda texniki nasazlıq meydana gəlib. Həmin qatar xətdə yarım saata yaxın müddətdə qaldığı üçün, bu, digər qatarların da hərəkət qrafikinə təsir edib. Problem qısa müddətdə aradan qaldırılacaq”.