Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb. “Report”un məlumatına görə, sənəd “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb.