Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Əvvəlki məqalə

Astarada içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq

Sonrakı məqalə

Ukrayna və Britaniya müdafiə nazirləri görüşüb