“Bu ilin ortasında Bakı xanları evində virtual muzey istifadəyə veriləcək”. APA-nın məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib. Ə. Ələkbərov deyib ki, bu muzeydə virtual olaraq İçərişəhərdəki tarixi məkanlar barədə məlumatlar veriləcək: “Bakı Fotoqrafiya Evində Azərbaycan və dünyada tanınmış rəssamların sərgisi olunacaq. Şirvanşahlar sarayında Ağqoyunlu dövlətinə həsr olunmuş sərgi keçiriləcək. Qala Qoruğundakı iki muzeydə də daimi yenilənmə işləri aparılır”.