Paytaxtda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhal cərrahi əməliyyat icra olunub. Hazırda R. Bayramovun vəziyyəti ağırdır. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.