Bakıda avtomobil iki qadını vurub, biri ölüb

Bakıda ölümlə nəticələnən qəza olub.

Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə S.Vurğun küçəsi, “Zabitlər Parkı” adlanan ərazinin qarşısında hərəkətdə olan zaman idarəetməni itərərək yolu keçmək istəyən piyadalar – 1975-ci il təvəllüdü Süleymanlı Aynurə Əşrəf qızını və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub.

Nəticədə Mehriban Tağıyeva hadisə yerində ölüb, Aynurə Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Əvvəlki məqalə

İki ayda ölkəyə 149 ölkədən mal idxal edilib

Sonrakı məqalə

Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşacaq