Bakıda gənci küçədə 19 yaşlı oğlan güllələyib

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Bakıda gənc oğlanı küçənin ortasında güllələdilər

Sonrakı məqalə

Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb –