Bakıda orduya dəstəklə bağlı izdihamlı aksiya keçirilir –

Minlərlə vətəndaş Azadlıq meydanına doğru gedir (CANLI YAYIM)
14 İyul 2020 - 23:19

İzdiham Şəhidlər Xiyabanını tərk edərək Azadlıq meydanına doğru gedir.

**

Şəhidlər Xiyabanı qarşısında minlərlə insan toplaşıb. Hazırda mitinqdə ayrı-ayrı şəxslər qısa çıxışlar edərək xalqı orduya dəstək verməyə çağırırlar.

**

Vətəndaşlardan ibarət böyük bir izdiham Bakıda orduya dəstək aksiyası keçirir.

Azpost.info bildirir ki, şəhərin mərkəzi küçəsi “Neftçilər”dən hərəkətə başlayan izdiham Şəhidlər Xiyabanına doğru gedir. “Ali baş komandan, bizə silah ver”, “Qarabağ”, “Mübariz” şüarları ilə irəliləyən izdiham hazırda “İçərişəhər” metrostansiyasına doğru irəliləyir.