Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Binəqədi-Novxanı yolunda "BMW" markalı avomobil yolun əks istiqamətinə çıxaraq, "Toyota" və "Volkswagen Touareg" markalı avtomibilə çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.