BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib
BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə sahəsində BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkür edib.
APA-nın xəbərinə görə, Ticani Məhəmməd-Bande deyib ki, pandemiya ilə əlaqədar Baş Assambleyada xüsusi bir iclasın keçirilməsi təklifi bu təhlükəyə qarşı beynəlxalq səylərin səfərbər edilməsi üçün möhkəm əsasdır: “Qoşulmama Hərəkatının sədri olaraq bu vacib xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycana minnətdarıq”.
BMT Baş Assambleyasının rəhbəri qeyd edib ki, xüsusi sessiya dünya liderlərinin pandemiyaya qarşı nəticələrə əsaslanan cavab tədbirlərində daha çox iştirakını təmin edəcək: “Bu, Baş Assambleyanın koronavirus infeksiyasının yayılmasına və insanların həyatına təsirinə cavab vermək üçün qlobal bir platforma rolunu daha da gücləndirəcək".
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...