“Boeing” süni zəkalı pilotsuz hərbi təyyarəsini təqdim edib
“Boeing Australia” şirkəti bu ölkənin silahlı qüvvələri üçün hazırladığı “Loyal Wingman” adlı süni zəkalı pilotsuz uçuş vasitəsinin ilkin variantını təqdim edib.
“Report” CNN-ə istinadən xəbər verir ki, 11,5 m uzunluğundakı yeni təyyarə “müstəqil uçuşlar və yaxud adi təyyarələri dəstəkləmək üçün süni zəka tətbiq edəcək və bu zaman təhlükəsiz məsafəyə riayət edəcək”.
Şirkətdən bildiriblər ki, yeni pilotsuz təyyarələr radioelektron qarşıdurmalarda, kəşfiyyat və müşahidə fəaliyyətlərində istifadə oluna bilər.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...