“Borc-xərclə kağız alıb gətirmişik, gömrük deyir güzəşt düşmür…” –Şahbaz Xuduoğlundan etiraz

“Borc-xərc edib bir maşın kağız gətirdik. Bəlli oldu ki, kağızı və yol xərcini toplayıb cəmi dəyərindən 15% gömrük rüsumu ödəməliyik. Gömrük deyir ki, gətirdiyiniz kağız rüsumdan azad olan kağız kateqoriyasına uyğun deyil. Əgər kitab kağızı güzəştli kateqoriyaya düşmürsə, onda rüsumdan nəyi azad etdiniz?”
Azpost.info bildirir ki, bu sözləri “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Meta-da yazıb.
Onun sözlərinə görə, uzun mübarizə və mübahisələrdən sonra kitab dövriyyəsindən 18% ƏDV-nin ləğvinə nail olundu: “Bu işdə səy göstərən hər kəsə təşəkkür edirəm. Həyəcanla gözlədiyimiz bu xəbəri bayram kimi qəbul etdik. Yalnız naşirlər, kitabçılar, yazarlar yox, elə kitabçılar da. Kitab kağızının da ƏDV-dən azad olunmasını eşitmək gözləmədiyin halda mükafat almağa bənzədi. Kağız qıtlığı bizi yıxıb sürüyür. Fürsətçilər tonunu 2000 dollardan aşağı endirmədilər”-deyə naşir şikayətlənib.
Əvvəlki məqalə

Belarus bir sıra malların ixracına qadağa qoyur

Sonrakı məqalə

Kinoaktrisa Fərqanə Quliyeva vəfat edib