Braziliya millisinin futbolçusu və İspaniyanın “Barselona” klubunun keçmiş müdafiəçisi Dani Alves zorlama ittihamı ilə həbs edilib.
Azpost.info xəbər verir ki, Kataloniya Ali Məhkəməsi idmançını 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə hesab edib ki, zərərçəkmiş tərəfin razılıq vermədiyi müəyyən edilib və zorlama faktını sübuta yetirilmiş saymaq üçün iddiaçının ifadəsindən başqa sübutlar əldə olunub.
Azpost.info