“Brent” neftinin qiyməti 30 dolları ötdü
Dünya bazarında xam neftin qiymətləri ötən günkü azalmadan sonra bu gün sürətlə artmaqdadır.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 18:15-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 11,43% artaraq 30,31 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 17,66% artaraq 23,99 ABŞ dolları olub.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə aprelin 15-də 30 dolları keçmişdi.
Əlaqəli xəbərlər
-
Dəmir yolu tikən şirkət Neftçalada balıq zavodu aldı - 10 milyon manat yatıracaq, sahibi kimdir?
-
Türkiyə Rusiyadan daha 3 il qaz alacaq – Yeni razılaşma imzalandı
-
Şirkətin pullarını oğurlayıb “TikTok”da hədiyyələrə xərclədi - Həbs olundu
-
Əmlak bazarında 30-40%-lik qiymət uçurumu niyə yaranıb? – AQC rəsmisi AÇIQLADI
Növbəti xəbər yüklənir...