Polis İngiltərənin Readinq şəhərində naməlum şəxs tərəfindən törədilən qırğını terror aktı kimi qiymətləndirib. Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Sky News bildirib. Daha əvvəl hüquq-mühafizə orqanları şübhəli şəxsin tutulduğunu deyib, o həbs edilib. Saxlanılan şəxsin kimliyi, hücumun motivləri və digər detallar hələlik məlum deyil. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər yerindəcə ölüb, daha iki nəfər ağır yaralanıb və son dərəcə ağır vəziyyətdədirlər.