Britaniyanın İrandakı səfiri saxlanılıb - Etiraz kadrlarını çəkdiyinə görə
Britaniyanın Tehrandakı səfiri saxlanıldıqdan bir neçə saat sonra azad edilib.
"Tasnim" xəbər agentliyinin verdiyi məlumata görə, Böyük Britaniyanın səfiri Robert Makeyr bu gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticədində azad edilib.
Bildirilir ki, R.Makeyr etiraz səhnələrini çəkməsinin səbəbləri ilə əlaqədar sabah dindiriləcək.
Məlumata görə, Britaniya səfiri əsasən daim gedib-gəldiyi Əmir Kəbir Universitetinin qarşısındakı mağaza vasitəsi ilə məlumatlandırılıb. (APA)
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...