Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVİD-19 virusuna dair məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 36 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 7 olub. Bu gün virusa yoluxan şagird sayı 10, işçi heyətinin sayı 7 olub. Bu gün distant təhsilə keçirilmiş siniflərin sayı 2 olub. Bu günə qədər distant təhsilə keçirilən siniflərin sayı 6 olub.