“Əməyimə verdiyi qiymətə görə, prezident İlham Əliyevə ürəkdən təşəkkür edirəm”. Bu sözləri xalq artisti Niyaməddin Musayev Azpost.info-ya açıqlamasında “Əmək “ordeni ilə təltifi olunması barədə danışarkən bildirib. N.Musayev deyib ki,  bu orden onun  Azərbaycan musiqi sənətindəki  fəaliyyətinə verilən yüksək qiymətdir: “Dövlət başçısının fəaliyyətimə verdiyi qiymət mənim üçün çox böyük şərəfdir. Prezidentə təşəkkür edirəm”.   Xatırladaq ki, Niyaməddin Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.