Bu şəxs 79 milyon dollar maaş alır –Pulun azaldılmasını xahiş edib

“Microsoft” Korporasiyasının Baş İcraçı Direktoru Satya Nadella 2024-cü maliyyə ili üçün 79,1 milyon dollar dəyərində maaş paketi alıb. Bu da əvvəlki ilə nisbətən 63% artım deməkdir.

Azpost.info bildirir ki, bu barədə Bloomberg məlumat verib.

Başa çatan il üçün Nadellanın maaşının təxminən 90%-i Microsoft səhmlərində olub.

Microsoft-un səhmləri bu il 28% artıb və bazar dəyəri 3,16 trilyon dollar təşkil edib.

Şirkətin artan dəyəri onun süni intellektə investisiyaları ilə bağlıdır. Microsoft AI-ni Office məhsulları və süni intellektlə işləyən Copilot köməkçiləri üçün müştərilərdən daha çox ödəniş alır.

Nadella  2024-cü il üçün 2,5 milyon dollar maaş alıb. 2022-ci ildə Nadella 10 milyon dollar bonus alıb. O rəhbərlikdən mükafatının azaldılmasını xahiş edib. 2023-cü ildə bonus 6,4 milyon dollara endirilib, bu il yenidən 5,2 milyon dollara düşüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.