Ceki Çan Suriyada film çəkir

Çin kinosunun ən məşhur siması Ceki Çan ölkəsinin Suriyada çəkilən ilk filminin prodüseri olub.

“Ev əməliyyatı” (“Home Operation”) adlı ekran əsərinin çəkilişləri ötən həftənin əvvəlində başlanılıb.

Məlumata görə, bədii filmin Suriyadakı istehsalı təxminən iki ay yarım vaxt aparacaq. Onun 40%-i Dəməşq və onun ətrafında – Daraya, Xüms, Tartus və Banyasda çəkiləcək.

Film Çin vətəndaşlarının Suriyadan təxliyəsindən bəhs edəcək.

Ekran əsərinin sifarişçisi Çin hökumətidir. Onun premyera tarixi hələ açıqlanmayıb. (kultura.ru)

Əvvəlki məqalə

Rusiya müasir döyüş texnikası qıtlığından əziyyət çəkir –

Sonrakı məqalə

Yaponiyanın sabiq Baş naziri sentyabrın 27-də dəfn ediləcək