Cim Kerri aktyorluq karyerasını başa vurduğunu açıqladı

Hollivud ulduzu Cim Kerri aktyorluq karyerasını başa vurur.

Azpost.info xəbər verir ki, 60 yaşlı aktyor bu qəfil qərarı “Kinoda Sonic 2” filminin nümayişində elan edib. Aktyor bildirib ki, mələklər qızıl mürəkkəblə yazılmış və insanlar üçün çox vacib olacaq hansısa ssenari gətirsələr, bu qərarından imtina edə bilər: “Amma fasilə verməklə bağlı qərarım qətidir. Mən sakit, mənəvi həyatımı çox yüksək qiymətləndirirəm, rəsm çəkməyi sevirəm. Bunu başqa bir məşhurdan eşitməmiş ola bilərsiniz, amma mənim kifayət varımdır. Mən kifayət qədər etmişəm, bəsimdir”.

Azpost.info

Əvvəlki məqalə

Avropa Parlamentinin sədri Kiyevə gəlib

Sonrakı məqalə

“Azəriqaz”: