Çin qripi Türkiyəyə çatdı - 12 nəfər xəstəxanaya aparıldı
Türkiyənin Aksaray vilayətinin Sultanhanı rayonunda doqquzu Çin, üçü Türkiyə vətəndaşı olmaqla 12 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Öncə Sultanhanı rayonundakı Duz Gölü təbii qaz anbarında işləyən iki Çin vətəndaşı başgicəllənmə, ürəkbulanma və qusmadan şikayət edib. Araşdırma zamanı məlum olub ki, 5 gün öncə Çindən Aksaraya, həmin 2 nəfər də daxil, 9 nəfər gəlib.
Aksaray Səhiyyə İdarəsi eyni şikayətləri olan 3 Türkiyə vətəndaşı ilə birgə 12 nəfəri nəzarətə götürüb. Onlardan üçü Aksaray Təhsil və Araşdırma Xəstəxanasında karantinə alınıb.(APA)
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...