Çin üçün “qorxulu yuxu”ya çevrilən Moskva –Müharibə Pekin üçün hansı problemləri yaradır? (TƏHLİL)

Ukraynada müharibə fonunda Çin-Rusiya münasibətləri dünyanın diqqətlə izlədiyi məsələyə çevrilib. 

Pekin Ukraynanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin dinc yolla həllinə kömək etməyə hazır olduğunu bəyan etsə də Qərb Çinə şübhəli nəzərlərlə baxmaqda davam edir.

ABŞ dövlət katibi Blinken bu gün verdiyi bəyanatda bildirib ki, Çin Ukraynada müharibənin dayanması üçün Rusiya prezidenti Putinə öz nufuzundan istifadəsinə görə məsuliyyət daşıyır. Binken deyib ki, Çin Rusiya təcavüzünə istənilən dəstək cəhdinə görə cavabdehlik daşıyır və ABŞ heç bir tərəddüd etmədən addım atacaq.

Pekində bu mürəkkəb vəziyyəti anlayırlar və hədsiz ehtiyat nümayiş etdirirlər.

Bu baxımdan CNN-dəki təhlil diqqəti cəlb edir. Təhlildə qeyd olunur ki, Çin və Rusiyanın “sərhədsiz” dostluğu deyəsən çat verməkdədir.

Yazıda qeyd olunur ki, Rusiya iqtisadiyyatı bütün dünya tərəfindən sanksiyalara məruz qaldığı zamanda daha çox aydın olur ki, Çinin özünün şimal qonşusunda kömək etmək istəyi məhdudlaşa bilər.

Çin Rusiyanın bir nömrəli ticarət tərəfdaşıdır. Lakin Pekin bu bazarı özü üçün əsas və perspektivli bazar hesab etmir. Çinin başqa iqtisadi prioritetləri var. Rusiya ilə ticarət Çinin ümumi ticarət həcminin cəmi 2 faizini təşkil edir. Avropa İttifaqı və ABŞ-la bu ticarətin həcmi bundan xeyli çoxdur.

Son iki həftə ərzində Pekin təcrid olunmuş Rusiya iqtisadiyatından məsafə saxlamaq üçün 4 sahədə tədbirlər görüb.

Çin rublu xilas etmir. Yuan ticarət üçün tam şəkildə azad deyil. Bunun əvəzində Çin Mərkəzi Bankının məmurları tərəfindən müəyyən edilmiş limitlər daxilində hərəkət edir. Ötən həftə onlar rublun daha sürətlə ucuzlaşması üçün rublun ticarət diapazonunu iki dəfə artırıblar. Pekin rublun kursu üçün Moskvaya heç bir yardım göstərmir.

Ehtiyatların çevrilməsindən imtina. Bu Çinin Rusiyaya edə biləcəyi çox böyük yardım ola bilərdi. Rusiya yuanda 90 milyard dollar saxlayır, lakin Çin bu pulları dollar vəya avroya çevrilməsinə icazə vermədi. Pekin bunun reputasiya üçün yaradacağı riski başa düşür, odur ki, bu addımı atmağa qərar vermir.

Təyyarə ehtiyat hissələrinin ixracına qadağa. Çin Avropa və ABŞ-ın təchizatı ləğv etdikdən sonra Rusiyaya təyyarə üçün ehtiyat hissələri göndərməkdən imtina elədi. Rusiya indi bu ehtiyatları almaq üçün Türkiyə və Hindistanla danışıqlar aparır.

İnfrastrukturlara sərmayə qoyuluşunun dondurulması. Martın əvvəlində Pekində infrastuktur sərmayələri üzrə Asiya Bankı “bankın maraqları” naminə Rusiya və Belarusla əlaqəli bütün layihələrdən çıxdı. Bank Rusiyanın dəmir və avtomobil yollarının yaxşılaşdırılması üçün olan 1,1 milyard dollar həcmində artıq qəbul olunmuş və təklif edilmiş kreditləri dondurdu.

Ötən həftə Çin rəhbəri Si Szinpin Fransa prezidenti Makron və Almaniya kansleri Şoltsla danışıqlarında bildirib ki, Rusiya və Ukrayna arasında danışıqların başlanmasını istəyir.  “Fayneşl Tayms” qəzeti bu günlərdə yazıb ki, Rusiya Çindən hərbi yardım istəyib.

Ağ Evdə Pekinin Qərbin Ukraynaya yardımını dağıtmaq cəhdlərindən narahatdırlar. Baydenlə Si Szinpinin bu gün planlaşdırılan danışıqlarında çox guman ki, bütün bu məsələlər ciddi şəkildə müzakirə olunacaq.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qalatasaray” “Barselona”ya uduzdu –

Sonrakı məqalə

FTX “Rosqvardiya”nın rəis müavini general Qavrilovu saxlayıb