Conni Depp “Modigliani” filminin rejissorluğunu edəcək

Hollivud ulduzu Conni Depp son 25 ildə ilk dəfə “Modigliani” filminin rejissorluğunu edəcək.

Filmin prodüseri Al Paçino və Barri Navidi olacaq.

Ekran əsərində italyan rəssamı Amedeo Modiglianinin həyatından bəhs olunacaq. Film Dennis Makintayranın pyesi əsasında çəkiləcək. Hadisələr 1916-cı ildə Parisdə cərəyan edəcək.

Qeyd edək ki, “Modigliani” filminin çəkilişləri 2023-cü ilin yazında Avropada başlayacaq. Həmçinin yaxın vaxtlarda ekran əsərində əsas rolların ifaçılarının da adları açıqlanacağı gözlənilir.

Hollivud ulduzu Conni Deppin rejissor kimi ilk və yeganə tammetrajlı filmi 1997-ci ildə çəkdiyi “Cəsur” adlı ekran əsəri olub. Həmin filmdə o, həmçinin Marlon Brando ilə birlikdə çəkilib.

Əvvəlki məqalə

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra vəfat edib

Sonrakı məqalə

“TikTok”da mətn əsasında şəkillər yaratmaq olar –