Dağlıq Qarabağda yerləşdirilən sülhməramlıları Rusiya hökuməti maliyyələşdirəcək

Rusiya Prezidenti Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı birləşmələrinə maliyyə dəstəyi ilə bağlı hökumətə tapşırıq verib.

Bu barədə Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında rusiya prezidentinin fərmanında bildirilib.

Rusiya prezidenti Vladimir Putin hökumətə hərbi qulluqçuların maddi dəstəyinin təmin edilməsi və ailə üzvləri də daxil olmaqla əlavə zəmanət və təzminatların verilməsi daxil olmaqla, nağd pul müavinətlərinin ödənilməsini təmin etməklə, sülhməramlı qüvvələrinin fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı xərclər üçün maliyyənin təmin edilməsini tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı məlumat yaydı

Sonrakı məqalə

İşğaldan azad olunan Qubadlının Xocik və Cəbrayılın Hovuslu kəndlərindən –