DİN xüsusi əməliyyat keçirib, İrana xidmət edən 20 nəfər tutulub

Azərbaycanda din adı altında İran xüsusi xidmət orqanlarının tapşırığı əsasında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı 20-ə yaxın şəxsin bu cinayətkar qrupun üzvü olduğu və din adı altında başqa fəaliyyətlər göstərdiyi məlum olub.

Müəyyən edilib ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil ediblər.

Onların məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.

 

Əvvəlki məqalə

Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

Sonrakı məqalə

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir