“Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib” –

Mikayıl Cabbarov
21 İyun 2021 - 12:34

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.

“Artım əsasən qeyri-neft sektorunun hesabına olub. Bu sahə üzrə daxilolmalar 2,754 mlrd. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib”, – nazir qeyd edib.