Dünya şöhrətıli kinorejissor Jan-Lük Qodar vəfat edib

Məşhur fransız rejissoru Jan-Lük Qodar vəfat edib.

Bu barədə Liberation qəzeti yazıb.

Rejissorun 91 yaşı var idi.

Jan-Lük Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub.

Qodar kinoda “Yeni dalğa” cərəyanının əsasını qoyan rejissorlardan hesab olunur.

Onun “Son nəfəsdə” “Kiçik əsgər” ,“Öz həyatını yaşamaq” kimi ekran işləri fərqli kino dili, yeni montaj üsulu ilə o vaxtadək fransız kinosunda qəbul olunmuş basmaqəlib quruluşlardan kəskin seçilib.

Əvvəlki məqalə

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı

Sonrakı məqalə

Sabaha olan hava proqnozu