Dünya şöhrətli rejissor Timur Bekmambetov Bakıdadır –Nazirlə görüşüb (FOTO)

Mədəniyyət naziri Anar Kərimov dünya şöhrətli rejissor və prodüser Timur Bekmambetovu qəbul edib.

Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Timur Bekmambetov bir çox tanınmış Hollivud filmlərinin rejissoru və prodüseridir.

Əvvəlki məqalə

Mətbuat Şurasında Orduyla bağlı dezinformasiya cəhdlərinə dair toplantı keçirilib

Sonrakı məqalə

Nizami rayonunda yolların yenidən qurulmasına 3 milyon manat ayrılıb