Dünyada COVID-19-a yoluxanların sayı 71 milyonu keçib. "Vorldometers"xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı  71 067 177-ə çatıb. Məlumata əsasən, sutkalıq koronavirusa yoluxanların sayı 406 454, ölənlərin sayı 7 176 nəfər olub. Yeni növ virusdan ölənlərin ümumi sayı isə 1 594 678, xəstəlikdən sağalanların sayı 49 381 290 nəfərdir. Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır.