Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib. Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 3 847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 587 təşkil edir. Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 8 993 659 nəfərdir. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.