Dünyada koronavirusa yoluxanların sayı 90 005 787 nəfərə çatıb. RİA Novosti-nin məlumatına görə, bu barədə Cons Hopkins Universitetinin son hesabatında bildirilib. Ən çox COVID-19 hadisəsi ABŞ-da aşkar edilib - 22,2 milyondan çox. Qeyd edilib ki, pandemiya dövründə dünyada 1.93 milyondan çox insan ölüb, təxminən, 50 milyon nəfər sağalıb.