Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 7,4 milyonu keçib. Yeni virusdan ölənlərin sayı 418 mindən çoxdur.  RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, son sutkada 136 572 yoluxma, 4925 ölüm hadisəsi qeydə alınıb. Beləliklə, dünya üzrə yoluxanların ümumi sayı 7 410 510-a, ölənlərin sayı isə 418 294 nəfərə yüksəlib.