Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik bildirib. Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib: "Kənd sakinləri arasında itki yoxdur". V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.