Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonun ərazisini atəşə tutub. Xəsarət alanlar yoxdur.