Ermənistanın səhiyyə naziri özünü təcrid edib
Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusa görə özünü təcrid edib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.
“Nazirlikdə koronavirus faktı aşkarlanıb. Təmasların miqyası dəqiqləşdirilir. Nazir Armen Torosyan isə özünütəcrid edib, analiz verib. Cavab gözləyirik”, - mətbuat katibi deyib.
Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 3 860-a, qurbanların sayı isə 49-a çatıb.
Bildirilib ki, ölkədə indiyədək 1 572 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 218 aktiv koronavirus xəstəsi var.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...